Formula 1-də “Audi” layihəsinin rəhbəri Mattia Binotto komandanın hazırkı vəziyyətini “Ferrari”nin dominantlıq dövründən əvvəlki mərhələsi ilə müqayisə edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis infrastruktura görə “Mersedes”, “Ferrari” və “Maklaren”dən geri qaldıqlarını etiraf edib:
“Bazamızi top komandalarla müqayisə etsəniz, fərqi aydın görərsiniz. Bizə daha çox heyət və geniş sahə lazımdır. Bura gələndə mühit mənə 1995-ci ilin “Ferrari”sini xatırlatdı - kiçik baza və az sayda işçi. Lakin biz gələcəyin təməlini qoyuruq. 2030-cu ildə çempionluq uğrunda mübarizə aparmaq tamamilə real hədəfdir”, - deyə Binotto bildirib.


