Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.
Offsideplus.az-ın məlumatına görə, Çempionlar Liqasının 16, Avropa Liqasında 24 qarşılaşmasından sonra cədvəldə heç bir yerdəyişmə baş verməyib.
Mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqasının IV turunda Türkiyə “Sivasspor”una 2:3 hesabı ilə uduzaraq bu dəfə də reytinqə xal gətirməyib.
Aktivində 16,625 xal olan Azərbaycan 26-cı sırada qalıb. 25-ci olan Rumıniyadan 1,325 xal geridə qərarlaşan ölkəmiz ən yaxın izləyicisi Qazaxıstandan 1 xal öndədir.
Qeyd edək ki, 88,855 xala malik İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb.