Niderland çempionatında ən çox oyuna çıxan futbolçu Pim Dusburq dünyasını dəyişib.

Offsideplus.az PSV klubuna istinadən xəbər verir ki, sabiq qolkiper 77 yaşında vəfat edib. O, Erediviziyada rekord göstəricidə -  687 matç keçirib.

Qeyd edək ki, Pim Dusburq "Sparta" (1962-1967, 1970-1980) və PSV-də (1967-1970, 1980-1987) çıxış edib.