"Yuventus"un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun bacısı Elma ulduz futbolçunun oğlunun motorlu qayıqla videosunu paylaşıb.
Offsideplus.az xəbər verir ki, bu paylaşım birmənalı qarşılanmayıb.
10 yaşlı Kriştianinyonun (oğul Kriştiano Ronaldonun ləqəbi) təkbaşına motorlu qayıq idarə etməsi sosial mediada tənqid olunub. Ardınca Elma videonu silib.
Polis Portuqaliya qanunlarına zidd olan görüntü ilə bağlı araşdırmaya başlayıb.
Portuqaliya qanunlarına görə 18 yaşdan aşağı şəxslərin təkbaşına motorlu qayıq sürməsi qadağandır. Bunun üçün də xüsusi sürücülük vəsiqəsi tələb olunur. Bu qanuna əsasən uşaqdan məsul olan şəxsi 268-2688 avro arası pul cəriməsi gözləyir.