PSJ rəhbərliyi bildirib ki, məhkəmədə öz mövqelərini qoruyacaqlar və "Real"ın hücumçusu Kilian Mbappeyə hər hansı bir ödəniş etməyəcəklər.
Offsideplus.az xəbər verir ki, "PSJ-nin mövqeyi qanun çərçivəsindədir. Bu, klubun və azarkeşlərinin dəyərləri, hörməti ilə bağlı bir məsələdir və oyunçulardan daha vacibdir", - klub rəhbərliyi AS qəzetinə açıqlamasında bildirib.
Xatırladaq ki, Kilian Mbappe PSJ-ni məhkəməyə verib. O, "Real"a transferindən əvvəl klubun ona 55 milyon avro ödəmədiyini iddia edir.