02–07 iyun tarixlərində Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı ilə “Level 2” və Çimərlik Güləşi üzrə məşqçilik kursları təşkil olunub.
Offsideplus.az xəbər verir ki, təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov və UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi, milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçib. Altı günlük proqramda iştirakçılara müasir məşqçilik metodları, nəzəri və praktiki yanaşmalar öyrədilib.
Məşqçilərin peşəkar biliklərini artırmaq məqsədi daşıyan kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


