Azərbaycanın çimərlik güləşçiləri mayın 9-10-da Vyetnamın Dananq şəhərində təşkil olunacaq Dünya Seriyasının ilk mərhələsində qüvvələrini sınayacaqlar.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, böyüklər arasındakı yarışın kişi hərbiçilərin mübarizəsində 4 çəki dərəcəsi üzrə 14 ölkədən 40 pəhləvan medal uğrunda yarışacaq.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında milli komandamızın heyətində Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) yer alıblar.
Təqvimə əsasən, sabah qrup mərhələsinin ilk iki turunun qarşılaşmaları keçiriləcək. Mayın 10-da isə qrupdakı son oyunlar, yarımfinal və medal görüşləri ilə qaliblər müəyyənləşəcək.


