"Roma" klubu "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzeni transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "canavarlar" niderlandlı futbolçu üçün bonuslarla birlikdə 40 milyon avro ödəməyə hazırdır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmızı şeytanlar" Zirkze barədə yekun qərarını verməyib. Heyətdə zədəlilər çox olduğu üçün "mankunianlar" onu qış "transfer pəncərəsi"ndə satmaya bilər.

24 yaşlı hücumçu cari mövsüm 11 oyunda meydanda olub və 1 qol vurub.