Azərbaycanın gənc pilotu Davin Cəfərov ili uğurla başa vurub.
Offsideplus.az xəbər verir ki, o, Portuqaliyanın Madeyra şəhərində təşkil olunan kartinq yarışında iştirak edib.
Davin ilk dəfə DD2 MAX kateqoriyasında çıxış edib.
O, eyni zamanda yarışda iştirak edən ən gənc pilot olub.
D. Cəfərov yarışı 3-cü sırada başa vurub və ən sürətli dövrənin sahibi olub.
Qeyd edək ki, kartinqdə növbəti mövsüm gələn ilin fevralında başlayacaq.
Gənc azərbaycanlı pilotun gələn il dünya və Avropa çempionatları, eləcə də bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır.



