Azərbaycan Basketbol Federasiyası (ABF) "Sabah" - "Abşeron Lions" oyunu ilə bağlı açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, federasiya görüşünün hakimlərinin cəzalandırılacağını bildirib:
"Oyunda baş verən səhvlərin görüşün yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib. Buna baxmayaraq, sözügedən oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb".
Qeyd edək ki, sözügedən matç "Abşeron Lions"un 101:97 hesablı qələbəsi ilə başa çatıb.



