"Liverpul"un hücumçusu Aleksandr İsakın zədəsi ciddidir.
Offsideplus.az xəbər verir ki, onun ayağı sınıb. İsveçli hücumçunun uzun müddət meydanlardan uzaq qalacağı gözlənilir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İsak cari ilin yayında "Liverpul"a transfer olub. O, cari mövsüm 16 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Mersisayd klubu "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki son rəqibidir. Bu qarşılaşma yanvarın 28-də baş tutacaq.



