Azərbaycanlı 3 güləş hakiminin kateqoriyası yüksəldilib.

Offsideplus.az xəbər verir ki, onlardan Bəşir İsazadə ən yüksək kateqoriyaya (I-S) yiyələnib. 

Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında ədaləti qoruya bilirlər.

Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) isə UWW-nin qərarı ilə III dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.

Qeyd edək ki, azərbaycanlı beynəlxalq hakimlərin sayı 25-ə çatıb.