AFFA tərəfindən məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, dörd gün davam edəcək məşğələlər AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir. Məşqçi kursu təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərliyi altında baş tutur.

Kursda sabiq futbolçular Ruslan Abışov və Vüqar Mustafazadə də iştirak edirlər.

Qeyd edək ki, məşqçi kursunun II modulu 8-11 sentyabr tarixlərində baş tutacaq.