Avstriyada təlim-məşq toplanışı keçən "Qarabağ" bir gündə iki yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, ilk oyunda "Tvente"ni məğlub edən Ağdam təmsilçisi ikinci görüşdə isə məğlub olub - 1:2. Hər iki qarşılaşma 90 dəqiqə oynanılıb.
"Qarabağ"ın yeganə qolunu Abbas Hüseynov vurub.
Qeyd edək ki, "köhlən atlar" ilk avrokubok oyununa iyulun 22-də çıxacaq. Ağdam təmsilçisinin rəqibi "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi olacaq. İlk matç "Şelburn" minimal üstünlüyü ilə başa çatıb - 1:0.



