Yeni mövsüm üçün hazırlıqlarını Avstriyada davam etdirən "Qarabağ" bu gün 2 yoxlama görüşü keçirəcək.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Tvente" ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə 17:00, ikincisi isə 19:15-də başlayacaq.
Hər iki qarşılaşma 90 dəqiqədən ibarət olacaq.
"Qarabağ" artıq 2 yoxlama oyununda qüvvəsini sınayıb. Onlar Xarkov "Metallist"inə 4:5 hesabı ilə məğlub olub. "Zirə"ni isə 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Qarabağ" ilk avrokubok oyununa iyulun 22-də çıxacaq. Ağdam təmsilçisinin rəqibi "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi olacaq. İlk matç "Şelburn" minimal üstünlüyü ilə başa çatıb - 1:0.



