Azərbaycan yığmasında çıxış edən Emil Mustafayevin komandası "Çernomorets" aşağı liqaya yuvarlanıb.
Offsideplus.az xəbər verir ki, bu, Ukrayna çempionatının 29-cu turunda onların Kiyev "Dinamo"su ilə matçında rəsmiləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu görüşdən sonra "Çernomorets" aşağı liqanın yolunu tutub, "Dinamo" isə Ukrayna çempionu olub.
E. Mustafayev Kiyev təmsilçisi ilə oyunda 65 dəqiqə meydanda olub.
Onu da qeyd edək ki, Emil "Çernomorets"də icarə əsasında çıxış edir. O, müqavilə ilə "Polyesye" klubuna məxsusdur.