Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin çıxış etdiyi "Çernomorets" Ukrayna çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Odessa təmsilçisi "Rux"u qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətində başlayan E. Mustafayev sona qədər meydanda qalıb.
"Çernomorets" hazırda 18 xalla 16 komanda arasında 15-ci yeri tutur.
Əlavə edək ki, 23 yaşlı futbolçu icarə əsasında Odessa klubunda çıxış edir. O, müqavilə ilə "Polesye"yə məxsusdur.