Kriştianu Ronaldu Klublarası Dünya Çempionatında çıxış etmək istəyir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz 1 aylıq müqavilə ilə bir kluba transfer olmağı planlaşdırır. Onun önündə iki seçim var - "Mançester Siti" və "Çelsi".
Bu barədə jurnalist Nasir Cabbar məlumat yayıb.
Əlavə edək ki, Ronaldonun "Əl-Nəsr"lə sözləşməsi də bu yay başa çatır. Onun Səudiyyə Ərəbistan klubunda qalacağı gözlənilir.
Xatırladaq ki, Klublarası DÇ 15 iyun - 13 iyul tarixləri arasında keçiriləcək.