Futbol üzrə dünya çempionu, Argentina milli komandasının və ABŞ-ın "İnter Mayami" klubunun üzvü Lionel Messi ilə bağlı maraqlı statistika hazırlanıb. 

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçunun indiyədək yığma və klub səviyyəsində hansı ölkələrdə qol vurduğu müəyyənləşib.

Ötən həftə CONCACAF Çempionlar Liqasının 1/8 finalında Yamaykada yerli "Kavalyer"in qapısına yol tapan dünya ulduzu fərqləndiyi ölkələrin sayını 32-yə çatdırıb.

Siyahıda Azərbaycanın adı yoxdur. Belə ki, Messi nə Argentina yığması, nə də şərəfini qoruduğu "Barselona", PSJ və "İnter Mayami"nin heyətində Azərbaycan komandası ilə qarşılaşmayıb. O, cəmi 1 dəfə, ötən ilin dekabrında qonaq qismində ölkəmizə təşrif buyurub.

Messinin qol vurduğu ölkələr:

1. İspaniya

2. Argentina

3. Braziliya

4. Səudiyyə Ərəbistanı

5. Belarus

6. Çili

7. Çin

8. Kipr

9. Kolumbiya

10. Danimarka

11. Ekvador

12. BƏƏ

13. Fransa

14. Almaniya

15. Gürcüstan

16. Yaponiya

17. Yunanıstan

18. Qvatemala

19. Honkonq

20. İngiltərə

21. İsrail

22. İtaliya

23. Niderlandiya

24. Paraqvay

25. Peru

26. Portuqaliya

27. Rusiya

28. İsveçrə

29. ABŞ

30. Ukrayna

31. Venesuela

32. Yamayka

BU DA MARAQLIDIR:

Messi yığmadan uzaqlaşdırılması ilə bağlı bəyanat yaydı