"Arsenal" klubu "Vulverhempton"un hücumçusu Mateus Kunya ilə yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, "topçular" 25 yaşlı forvardın 62.5 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Kunya 2023-cü ilin yanvarından "Vulverhempton"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 26 oyunda 13 qol vurub.