"Real" klubu gənc futbolçusu Raul Asensio ilə müqavilə uzatmaq barədə razılığa gəlməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında son danışıqlar gedir. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Asensio ilə yeni uzunmüddətli sözləşmə imzalanacaq.

O, cari mövsümdə 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.