Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun şikayətini təmin etməyib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" AFFA İntizam Komitəsinin Bassalu Sambu ilə bağlı qərarından narazı qalıb.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə görüşün 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alan hücumçu 2 oyunluq diskvalifikasiya edilib. Həmçinin klub 1500 manat cərimələnib.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişmədən qüvvədə saxlayıb.
"Neftçi"nin bu qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə şikayət vermək hüququ var.
Bassalu Sambu kubokun yarımfinalında "Sabah"la hər iki görüşü buraxmalı olacaq.