Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək üçün ölkəmizə təşrif buyuran Haiti yığması məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, ilk məşqdə 16 futbolçu iştirak edib. Məlumatı Haiti Futbol Federasiyası yayıb.
Hərçənd milli komandaya 24 futbolçu çağırılmışdı. Düşərgəyə yeni oyunçuların gəlib-gəlməyəcəyi dəqiq deyil.
Hazırlıq prosesi Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Məşqlər martın 21-dək gündə 1 dəfə keçiriləcək.
İlk məşqə çıxan futbolçular bunlardır:
Qapıçılar: Qarrison İnnosent (“Riteryay”, Litva), Luis Valendi Odelus (“Real Hope"), Aleksandr Pyer (“Soşo-Monbelyar”, Fransa);
Müdafiəçilər: Fransua Düliss (“Eqnatiya”, Albaniya), Martin Eksperiens (“Nansi”, Fransa), Vilquen Poqan (“Sankt Pölten”, Avstriya), Peterson Pyer-Luis (“Real Hope")
Yarımmüdafiəçilər: Karl Fred Sante (“Finiks Rayzinq”, ABŞ), Leverton Pyer, Teo Mişel (hər ikisi “Şatoru”, Fransa), Kristofer Attis (“Lekko”, İtaliya), Emerson Less (“Maunt Plezent” Akademiyası, Yamayka);
Hücumçular: Dukkens Nazon (“Kayserispor”, Türkiyə), Frontdi Pyero (AEK, Yunanıstan), Mondi Prunye (“Frank Boran”, Belçika), Ruben Providens (“Almere Siti”, Niderland)
Qeyd edək ki, Azərbaycan - Haiti matçı martın 22-də Sumqayıtda gerçəkləşəcək.