"Bavariya"ya qolkiperi Manuel Noyerdən sevindirici xəbər gəlib.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə zədələnən qolkiper fərdi məşqlərə başlayıb. O, milli komandalara görə yaranan fasilədən sonra komandasına kömək edə biləcək.
Əlavə edək ki, Münhen klubu Noyerlə ötən günlərdə daha bir illik müqavilə imzalayıb. O, 2025/26 mövsümündə də "Bavariya"nın formasını geyinəcək.