Azərbaycanın U-20 cüdo yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, aprelin 5-6-da Polşanın Poznan şəhərində keçiriləcək cüdo üzrə Avropa Kubokunda Azərbaycanın U-20 milli komandası iştirak edəcək. Yarışda ölkəmizi 12 idmançı təmsil edəcək.

Azərbaycan yığmasının heyəti belədir:

60 kq: Nihad Məmişov, Fərid Qarayev

66 kq: Maqomed Musayev, Emin Böyükkişiyev

73 kq: Abil Yusubov, Mehdi Cəfərov

81 kq: Süleyman Şükürov, Cəsur İbadlı, Tunjay Şamildov

90 kq: Əli Qazmadov

+100 kq: Ramazan Əhmədov