"Yuventus" növbəti mövsüm Çempionlar Liqasında çıxış edə bilməsə, bəzi oyunçularıyla vidalaşacaq.
Offsideplus.az xəbər verir ki, bu futbolçulardan biri də Kenan Yıldızdır. "Qoca sinyora" türkiyəli futbolçu ilə maraqlanan klublardan 70-80 milyon avro tələb edəcək.
Turin təmsilçisi hazırda 52 xalla A Seriyasında 5-ci yeri tutur. Onları Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 1 xal ayırır.