"Flamenqo"nun baş məşqçisi Filipe Luis 6 aylıq baş məşqçilik karyerasına artıq 3 kubok sığışdırıb.
Offsideplus.az xəbər verir ki, Braziliya klubu onun rəhbərliyində 26 oyunda cəmi 1 dəfə uduzub. Son 24 görüşdə isə komanda məğlubiyyətin nə olduğunu bilmir.
Luis ötən ilin sentyabrında "Flamenqo"ya baş məşqçi təyin olunub. O, daha öncə komandanın aşağı yaş qruplarını çalışdırıb.
"Qarabağ"dan transfer olunan Juninyo isə yeni klubunda 9 oyuna 2 qol vurmağı bacarıb və o da 2 kubok qazanıb.