İstanbulun "Qalatasaray" klubunun 2024/25 mövsümünün sonunda vidalaşacağı ilk futbolçu müəyyənləşib.

Offsideplusaz xəbər verir ki, bu, 31 yaşlı yarımmüdafiəçi Kerem Demirbay olacaq.

Bu mövsüm çox az forma geyinmək şansı qazanan futbolçuya azad agent statusu veriləcək. Onun "Cim Bom"la müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Almaniyada doğulan və bütün karyerasıboyu bu ölkənin klublarında oynayan Kerem "Qalatasaray"a 2023-cü ildə transfer olunub.