İtaliya millisinin sabiq üzvü Andrea Kandreva peşəkar futbol karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, o, 38 yaşında "butslarını mismardan asmağa" qərar verib. İtaliyalının son klubu "Salernitana" olub.

Kandreva karyerasında "Yuventus", "İnter", "Latsio" və "Sampdoriya" kimi klublarda çıxış edib. O, A Seriyasında 502 oyuna çıxıb.