"Mançester Yunayted" növbəti mövsüm üçün hücumçu axtarışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində "Ayntraxt"ın futbolçusu Hüqo Ekitike var. "Mankunianlar" onu yaxından izləməyə başlayıb.

Ekitike cari mövsümdə 38 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə 22 yaşlı hücumçunun bazar dəyəri 40 milyon avrodur.