Polşanın "Radomyak" klubunda uğurla debüt edən Renat Dadaşov diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, Ekstaklasanın son turunda "Lexiya" ilə görüşün (2:1) afişasında yer alan həmvətənimiz bu dəfə klubun sosial media hesabında görüntülənib.

Oyundan öncə R.Dadaşovun komanda yoldaşı və uşaqlarla birgə fotosu çəkilib. Radomlular bu kadrı illər əvvəl "Yuventus"da Kriştiano Ronaldu və Leonardo Bonuççinin oxşar görüntüsü ilə müqayisə ediblər.

Xatırladaq ki, 25 yaşlı hücumçu "Radomyak"a ötən ay "Ankaragücü"dən keçib. O, yeni komandasında 3 oyuna 2 qol vurub.

renat_dadasov_radomyak1