Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nü yeni baş məşqçi çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, komanda Kemal Özdeş ilə yollarını ayırdığını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Özdeşin rəhbərliyi altında "Ankaragücü" 6 oyuna çıxıb və 2 qələbə, 4 məğlubiyyətlə üzləşib.

Paytaxt klubu Türkiyə I Liqasında XXIII turdan sonra 30 xalla 14-cü pillədə yer alıb.