"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan əvvəl jurnalistlər üçün brifinq keçirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Kadi Borgesin "Qarabağ"a yox, "Ferentsvaroş"a keçidinə münasibət bildirib:
"Baxmayaraq ki, xeyli danışıqlarımız oldu, amma ümumilikdə bu məsələni normal qarşıladım. Hər bir detala toxunmaq lazım deyil. Belə hallar olur. Ortaya fərqli fikirlər çıxa bilər. Dünya futbolunda da bu kimi məqamlara çox rast gəlinib. Düzü, Kadi məsələsinə üzülmədim. Hər şeydə bir xeyir var. Əksinə işimiz daha da rahat olacaq ki, bu barədə danışıqlar olmayacaq".
Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də, Bakı vaxtı ilə 20:00-da start götürəcək.