Yurgen Klopp yenidən məşqçilik karyerasına başlaya bilər.
Offsideplus.az “The İndependent”ə istinadən xəbər verir ki, mütəxəssisin ABŞ millisinə rəhbərlik etmək ehtimalı var.
Belə ki, Amerika Kubokunda uğursuz nəticədən sonra Qreq Berhalterlə yollarını ayıran federasiyanın alman mütəxəssislə əlaqə saxladığı bildirilir.
Qeyd edək ki, çalışdırıcının son işlədiyi klub "Liverpul" olub. O, mövsümün sonunda komandadan ayrılıb və bir müddət fasilə edəcəyini bildirmişdi.