Cud Bellinqemin qardaşı Cob Almaniya nəhənginin hədəfindədir.
Offsideplus.az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə "Borussiya" klubu maraqlanır. Dortmund təmsilçisi 9 milyon avro dəyəri olan ingiltərəli futbolçunu "Sanderlend" klubundan transfer etməyi planlaşdırır.
Qeyd edək ki, "Borussiya" 2020-ci ildə Cud Bellinqemi "Birminqem" klubundan heyətinə qatmışdı. "Real Madrid" 2023-cü ilin yayında ingilis ulduzu transfer edib.


