"Xaricdə oynayan ən yaxşı qolkiperimiz Andrey Lunyovdur".
Offsideplus.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın futbolçusu Andrey Lunyovun çıxışı barədə danışarkən deyib.
“Andrey “Qarabağ”a keçdiyi gündən ardıcıl yaxşı oyunlar keçirir. Elə bir oyun olmayıb ki, hansısa kobud səhvə yol versin və komandası buna görə xal itkisinə məruz qalsın. Ölkə çempionatında və Avropada çıxışı ilə komandasının uğurlarına kömək edir. Avropa arenasında 37 qurtarış edib ki, bu da yüksək göstəricidir. Komandanın qrupdan çıxmasında və 1/8 finala yüksəlməsində böyük əməyi var. Fikrimcə, bu, Andreyin karyerasının ən yaxşı dövrdür”.