"Maraqlı oyun idi. Matç çox sürətli başladı. Təəssüf ki, ilk qolumuz qeydə alınmadı. Səhvlərdən ucuz qollar buraxdıq. Bundan sonra komanda toparlanıb iki qol vurdu. İlk hissənin sonrarında üçüncü qolu buraxdıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 13-cü turunda "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Fasilədə dəyişikliklər etdik. Bilirdik ki, rəqib bizi əks-hücumda tutacaq. Futbolçular ritmdən düşmədi. Müdafiə planında əskiklərimiz var. Kiçik səhvlər bizə baha başa gəlir. Çempionat davam edir. Xal fəırqi bir az açılır. Həvəsdən düşmək olmaz. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm" - deyə o bildirib.
Mütəxəssis bu matçda hakimliyin normal olduğunu vurğulayıb: "Buraxılan qollar fərdi səhvlərdir. Qapıçının da, müdafiəçilərin də səhvi var.
A.Abbasov qışda müdafiə xəttinə transfer edib-etməyəcəkləri ilə bağlı söyləyib: "Bu gün hücumu düzəltmək istəyiriksə, bəzi risklər alırıq. Müdafiədə fərdi səhvlərdir, taktiki səhvlər olmur. Belə oyunlar vacibdir ki, həmin futbolçular artırsın. Bu səhvləri etmək olmaz. İstəyirik ki, komandada rəqabət olsun. Yeni oyunçular dəvət edə bilərik. Amma bu, gələcəyin işidir".