“Kəpəz” klubunun baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 11-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçı belə şərh edib:
"Danışılası çox şey yoxdur. Çünki bu cür məğlubiyyət imkan vermir ki, oyun haqqında çox nəsə danışasan. Uduzmuşuq, analiz etməliyik, baxmalıyıq harda səhv etmişik. Rəqib qələbəyə layiq idi, əsasən də ikinci hissədə”.