"Turan Tovuz" klubu Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında matçla bağlı danışıb:
"Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdilər. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik, ikinci yarıda oyunu bərabərləşdirdik, üstünlük də bizdə idi. Amma standart vəziyyətdən yenə qol buraxdıq. Qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Neçə oyundur ki, penaltilərimizi vermirlər, xırda foullara baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik. Futbolçulardan oyun baxımından razı qaldıq. Sonluq çatmadı. Bu da düzələcək. Ruhdan düşmək olmaz. İlk dövrədə 11 xal qazandıq. Çox da ola bilərdi. Demək ki, ikinci dövrə daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi".