21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun stadionu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimizin oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşı oyunu "Dalğa Arena"da keçiriləcək. Oyunların başlama vaxtı ilə bağlı daha sonra məlumat veriləcək.