"Kəpəz" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçla bağlı fikirlərini bölüşüb:
"Futbolçulara oyuna görə təşəkkür etdim. Buna layiq idilər. Oyun haqda onu deyə bilərəm ki, gərgin oldu. Bilirdim ki, komandamız üçün çətin olacaq. İki fərqli hissə gördük. İlk yarıda "Neftçi" ilə oymadığımız kimi çalışırdıq ki, rəqibi əks-hücumda tutaq. İlk dəqiqələrdə bunu bacardıq. Sonradan edə bilmədik. İkinci yarı irəlidə gedişatlarda dəyişikliklər etdik. Komandamız qoldan sonra daha yaxşı idi. Hətta bir az "Zirə"ni üstələdik. Diqqətsizlikdən qapımızda qol gördük. Yekunda da uduzduq. "Zirə"ni təbrik edirəm".