"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov iş yerini dəyişmək niyyətindədir.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 51 yaşlı mütəxəssis "Qəbələ"nin "sükanı arxasına" keçmək istəyir.

Gəncə təmsilçisi ilə yola davam etmək niyyətində olmayan Əhmədov "qırmızı-qaralar"da çalışmaq fikrindədir.

Bildirək ki, Tərlan Əhmədovun "Kəpəz"lə müqaviləsinin müddəti bu ayın 30-da başa çatır. O, Premyer Liqanın gedişində "Kəpəz" elitada qalsa belə, komandanı tərk edəcəyini bildirmişdi.

Əlavə edək ki, hazırda "Qəbələ"ni Elmar Baxşıyev çalışdırır.

Offsideplus.az