"Kəpəz" klubu Misli Premyer Liqasının 36-cı turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı danışıb.
"Son matç idi. Fikirləşirdim ki, komanda sönük oyun nümayiş etdirə bilər. Amma yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. Mövsümü major notlarla başa vurduq. Hər xal gələcək üçün ümiddir. Bu ağır vəziyyətdə komandanın Premyer Liqada qalmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik".