"Kəpəz" klubu Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov matçla bağlı danışıb:
"Maraqlı və sürətli oyun oldu. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Son matçlara baxanda komanda bu gün daha istəkli idi. Bu 1 xal bizim üçün vacib idi. Zirədə oynamaq çox çətindir. Mübarizəyə görə futbolçularıma təşəkkür edirəm. İlk hissədə gözəl oynadıq. İkinci hissənin ilk dəqiqələrində rəqibin təzyiqi var idi. Bu da təbiidir. Sona qədər intizamlı oynayıb hesabı qoruduq".