"Kəpəz" klubu Misli Premyer Liqasının 33-cü turunda Qəbələdə "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bölüşüb:
"Sabah"ı təbrik edirəm, layiqli qələbə qazandılar. İlk qolu tez buraxdığımız üçün komandada bir az ritm pozuldu. Ümumilikdə futbolçuların çıxışından narazılığım yoxdur. Komanda bacardığı qədər mübarizə apardı. İkinci hissədə yaratdığımız epizodda top qapı xəttini keçmişdi. Qol qeydə alınsaydı, fərqli oyun görə bilərdik. "Şamaxı" ilə matçda hiss etmişdim ki, komandam yorğunluq fonunda oynayır, buna görə də geri gedir. Amma bu gün futbolçular sağolsunlar ki, məğlub olmağımıza baxmayaraq baxımlı futbol oynadılar. "Sabah"dan çəkinmirdik, rahat hücumlar qururduq, topa nəzarət etməyə çalışırdıq. Bilirdik ki, rəqibin çempionluq şansı var. Buna görə də mübarizə aparacaqlar. Məni məyus edən Gəncədən gələn fanatların buradan üzücü halda qayıtmasıdır. Qarşıdakı matçlarda bizə heç olmasa, 3 xal lazımdır ki, Premyer Liqada qalaq".