Azərbaycan Kubokunun yarımfinalında "Turan Tovuz" bu gün doğma meydanda "Neftçi"ni qəbul edəcək. 

Tovuz təmsilçisinin qolkiperi Tərlan Əhmədli Offsideplus.az-a açıqlamasında "ağ-qaralar"la oyunla bağlı təəssüratlarını bölüşüb, komandadakı ab-havadan bəhs edib:

"Kubok çempionatdan fərqlidir, burda sığortan yoxdur. Maksimum nəticə əldə etmək lazımdır. Ümumi olaraq, yaxşı hazırlaşmışıq. Son oyunda məğlub olduq, buna baxmayaraq, komanda daxili atmosfer qorumağa çalışırıq. Qarşıda iki hissədən ibarət oyunumuz var. Rəqibin gücü, potensialı bəllidir. Biz də bu mübarizədə işimizi davam etmək istəyirik. İnşallah, bunun üçün qüvvəmizi səfərbər edəcəyik".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçı bu gün saat 16:00-da başlayacaq.

Günay Xəlil