Misli Premyer Liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının Qəbələdəki məğlubiyyətini şərh edib:
"Maraqlı oyun alındı. Bilirdik ki, derbidir. "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Meydanda 10 nəfərlə qalmağımız planlarımızı da pozdu. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin idi. Çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansadan istifadə etməyə çalışağıq.
- Sanki 10 nəfərlə daha yaxşı oynayırdız...
- Meydanda azlıqda qalanda futbolçular daha çox motivasiyalı, istəkli olur.
- Tovuzda "Şamaxı"ya qarşı keçirilən görüşdən sonra səslənən "istefa" şüarları komandaya necə təsir edib?
- Klub olaraq bunu çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi dəstəklədiklər. Bu gün inkişafın ilk mərhələsindəyik. Belə maneələr olacaq.
- Natan Oduva və Runi Evanı əvəzləməyinizin səbəbi nə idi?
- Oduva tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Oyuna yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi.
- Komandanı kubok oyununa motivasiya etmək çətin olmayacaq?
- Əlbəttə çətindir. Amma futbolçulara inaıram. Qarşımıza məqsəd qoymuşuq. Ona çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq.