I Divizion təmsilçisi "Mingəçevir" baş məşqçi Şəhruz Mustafayevlə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
Qeyd edək ki, "Mingəçevir" I Divizionda 21 turdan sonra 15 xalla 14-cü pillədə qərarlaşıb.