Martın 26-da "Qarabağ" "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Qara Qarayev oyundan öncə təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs bilir. Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ" üçün, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq.
- Maraqlı heyətlə cıxacaqsız oyuna. Çətin olmayacaq?
- Xeyr, çətin deyil. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı "Qarabağ"ın adı üçün oynayacağıq.