“Kəpəz” klubunun baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (2:2) danışıb.
Offsideplus.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
- Maraqlı oyun izlədik. İtkilərə rəğmən komadanı motivasiya etmişdik. Tarixi derbidə xal almağa çalışdıq. Bu, vacib idi. Komanda yaxşı mübarizə apardı. Nizam intizamlı oyun nümayiş etdirdik. Qalib ruhlu komanda formalaşıb. Futbolçularıma təşəkkür edirəm. İndiyə qədər hakim səhvindən çoxlu xallar itirmişik. Komandamızın poternsilı böyüdür. Yerdə qalan 9 oyunda yuxarı pillələrə qalxmağa çalışacağıq. Azarkeşlərə təşəkkür edirik.
- Bu oyunda bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- “Neftçi” böyük klubdur. “Kəpəz” uzun müddətdən sonra PL-yə qayıdıb. Səfərdə “Neftçi”dən xal almaq böyük nəticədir. 1 xal da xaldır. Ədalətli nəticədir. Onlar da bir də rahatlıqa qalib gələ bilərdik.
- Hakim Elçin Məsiyevin idarəçiliyi barədə nə düşünürsüz?
- Hakim səhvlərindən çempionatda 8 xal itirmişik. Bizim də səhvlərimiz olub. İlk gəldiyim dönəm komandanı formalaşdırmaq, yenidən təşkil etmək vaxt aparıb. Əvvəlki oyunlara nisbətən bu matçda hakimin qlobal səhvləri olmayıb. Narazı qalacağım epizod yoxdur.
- Yaxın bir ay ərzində çətin oyunlarınız var...
- Apreldə sıx qrafikimiz var. Hər halda komandanın göstərdiyi oyun PL-də qalmaq üçün bizə şans verir. Məqsəd bu olub ki, komanda çempionatda qalsın. Buna da şansmz var.
- 3-cü dövrədə “Qəbələ” “Qarabağ” və “Zirə”dən xal almısız. Güclü rəqiblərdən xal alıb, sizə turnir cədvəlində yaxın olan komandalara qarşı oyunlarda çətinlik çəkirsiniz. Bu nə ilə bağlıdır?
- Elə deməzdim. Zəif oyunlarımız “Sumqayıt”, “Turan Tovuz”a uduzduğumuz oyunlar olub. Hər bir komandanın oynadığı dövrdə belə hallar olur. Əsas odur ki, komanda liderlərə qarşı oynadğı kimi son pillələrdə olan komandalara qarşı da oynayır. Ümumilikdə komanda yenidir, burda stabil oyundan söhbət gedə bilməz. Çalışıram komanda 3-4 oyun stabil olsun. Kimisə büdrətməyi düşünmürəm.